DİQQƏT! DİQQƏT!
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına
Biləsuvar Təhsil Kompleksi ingilis dili müəllimi və ibtidai sinif müəllimi işləmək istəyənlər üçün VAKANSİYA ELAN EDİR!
Qəbul ingilis dili müəllimi vakansiyası üzrə imtahan yolu ilə, ibtidai sinif müəllimi vakansiyası üzrə isə dərs dinləmə yolu ilə aparılacaqdır.
Namizədlərdən tələb olunan səriştələr:
• Səylə çalışmaq və öyrətmək həvəsi;
• Şagird və valideynlərlə işləmək qabiliyyəti;
• İnteraktiv təlim və müasir tədris metodlarını tətbiq etmək bacarığı;
• Sinifdə təlimin planlaşdırılması, təlim materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması;
• MS Office proqram paketindən istifadə bacarıqları.
Minimum vakansiya tələbləri:
• Sahə üzrə bakalavr dərəcəsi;
• Təhsil Nazirliyi tərəfindən keçirilən Müəllimlərin işə qəbul imtahanının nəticəsi və ya diaqnostik imtahan nəticəsi.
Əmək haqqı yüksəkdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər CV-lərini [email protected] ünvanına göndərə və ya birbaşa Təhsil Kompleksinə təqdim edə bilərlər.
Suallarınız üçün bizə müraciət edin:
Ünvan: Biləsuvar rayonu, Heydər Əliyev küç., 2D.
Telefon: (+994 55) 295 24 03/13
Mobil: (+994 55) 750 36 39


Kateqoriya: Vakansiyalar