Kompleksimizin VI sinif şagirdlərinin istirahət vaxtlarını daha da səmərəli keçirilmələrini təmin etmək və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhərinə ekskursiya səfəri təşkil olundu. Belə ki, səfər çərçivəsində şagirdlərimiz Şəhidlər Xiyabanını ziyarət etdilər, DTX mədəniyyət mərkəzində “Tıq-tıq xanımın saxta babası” adlı tamaşanı izlədilər. Daha sonra şagirdlər Baku Book Centerdə oldular və zəngin kitabxana ilə daha yaxından tanış olma imkanı əldə etdilər. Son olaraq Dənizkənarı Milli Parkda xoş və əyləncəli vaxt keçirdilər. Şagirdlərimizin vaxtlarını əyləncəli keçirmələrini təmin etdiyi və bu səfəri təşkil etdiyi üçün tyutor Bənövşə Nağızadəyə təşəkkür edirik!


Kateqoriya: Xəbərlər , Elanlar , Kompleksdə Həyat