Kompleksimizin VII sinif şagirdlərinin istirahət vaxtlarını daha da səmərəli keçirilmələrini təmin etmək və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədi ilə Bakı şəhərinə ekskursiya səfəri təşkil olundu. Belə ki, səfər çərçivəsində şagirdlərimiz “Qar yarışları” animasiyasını izlədilər, Heydər Əliyev Mərkəzində 8 sərgi ilə tanış oldular, Megafun əyləncə mərkəzində əyləncəli vaxt keçirdilər. Şagirdlərimizin vaxtlarını əyləncəli keçirmələrini təmin etdiyi və bu səfəri təşkil etdiyi üçün tyutor Bilqeyis Astanovaya təşəkkür edirik!


Kateqoriya: Xəbərlər , Kompleksdə Həyat , Tədbirlər