14.11.2023-cü il tarixində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Zəfər Gününə həsr olunmuş “Mübariz mənəm!” adlı intellektual yarış keçirilidi. Liseyin intellektual dərnəyi tərəfindən təşkil olunan yarışda 8 və 9-cu sinifləri təmsil edən komandalar iştirak etdi, yekunda “Zəka” və “Winner” komandaları finala vəsiqə qazandılar.

Qeyd edək ki, növbəti günlərdə yarışın final mərhələsi keçiriləcək. Finalda iştirak edəcək komandalara uğurlar arzulayırıq!


Kateqoriya: İntellektual oyunlar , Xəbərlər